İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


29.09.2021  12:26 

Rövşən Əkbərovun məhkəməsi yenə təxirə salındı





A+  A-

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

XəzərNews xəbər verir ki, buna səbəb hakim tərkibində olan hakimlərdən biri Elbəy Allahverdiyevin koronavirusdan müalicəsinin davam etdirilməsi ilə bağlı olub.

Sentyabrın 14-dəb koronavirusa yoluxan Elbəy Allahverdiyevin vəziyyəti ağırlaşıb və o xəstəxanaya yerləşdirilib.

Hazırda həkim nəzarəti altında müalicə alan hakimin vəziyyətinin normal olduğu bildirilir

Qeyd edək ki, cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Prosesə məhkəmənin sədri Həbib Həsənov sədrlik edir.

Donuncu dəfə sentabrın 15-də məhkəmə prosesi təxirə salınmışdı. Buna səbəb tərkibdə ola hakimlərdən birinin koronavirusa yoluxması olub.

Tərkibdə olan hakim Elbəy Allahverdiyevin verdiyi test sentyabrın 14-də pozitiv çıxıb.
İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.
Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

XəzərNews

Xəbər 3886 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +