İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


03.09.2021  09:46 

BMT Əfqanıstana humanitar yardımı bərpa etdi





A+  A-

BMT Əfqanıstana humanitar dəstəyi bərpa edib.
XəzərNews.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik keçirdiyi gündəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Dünya Ərzaq Proqramı tərəfindən idarə olunan Humanitar Hava Xidməti bu ölkəyə humanitar dəstək fəaliyyətlərinin davam etdirilməsinə qərar verib və bu məqsədlə uçuşlar bərpa olunub.

Qeyd olunub ki, 160 humanitar təşkilat Əfqanıstanın vilayətlərində həyatları xilas edən fəaliyyətlərini davam etdirəcəklər:

“Hava yolu ilə sərnişindaşıma xidməti hazırda İslamabadla Məzari-Şərif və Qəndəhar arasında əlaqə qurur. Avqustun 29-dan bəri Məzari-Şərifə üç reys həyata keçirilib.

Dünya Ərzaq Proqramı əməliyyatların mümkün qədər tez bir zamanda həyata keçirilməsi və Əfqanıstana uçuşların sayının artırılması üçün bütün səyləri göstərir.

Bundan əlavə, tibbi və digər təcili yardım ləvazimatları kimi qeyri-ərzaq mallarını ən çox ehtiyac duyulan yerlərə daşımaq məqsədilə bir yük təyyarəsi də fəaliyyətdədir.

BMT-nin Humanitar Hava Xidmətinin sərnişindaşıma xidmətinə 18 milyon dollar, yükdaşımaya isə 12 milyon dollar tələb olunur. Hər iki xidmət humanitar cəmiyyət tərəfindən istifadə ediləcək”.

Xəbər 3529 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +