Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


30.06.2021  13:49 

Kəsilən abituriyentlər üçün yenidən imtahan keçiriləcək





A+  A-

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə daha əvvəl keçirilən imtahanlardan qeyri-məqbul qiymət alan abituriyentlər üçün növbəti şans yaradacaq.
XəzərNews.az xəbər verir ki, avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yenidən imtahan keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat 29 iyul – 2 avqust tarixlərində aparılacaq.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin daha əvvəl keçirilən imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən onların da qəbul (o cümlədən qabiliyyət) imtahanlarında iştirakına şərait yaradılacaq.

Həmin abituriyentlər qəbul imtahanlarından sonra Azərbaycan dili (dövlət dili kimi) imtahanını verəcəklər. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanlarda neçə bal toplamaqlarından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət aldıqları təqdirdə buraxılırlar.

Avqustda keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 20-də və ya iyunun 24-də keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan abituriyentlər, həmçinin hər hansı səbəbdən daha əvvəl keçirilən imtahanlarda iştirak edə bilməyən abituriyentlər buraxılırlar.

Xəbər 4713 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +