İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


17.04.2019  09:26 

Bakıda yaşayış binasında yanğın, 70 yaşlı qadın öldü





A+  A-

Gecə paytaxtda iki yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər 2935 dəfə oxunub.



18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +