İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


03.08.2017  10:54 

Daha bir “İŞİD”çi məhkəmə qarşısında





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada və digər ərəb ölkərlərdə qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Quba rayonundan anadan olan R.Qədirov İstanbulda yaşayıb və həmin ölkələrə də oradan gedib.

R.Qədirov deyib ki, Türkiyə vətəndaşı ilə orada evlənib və 3 azyaşlı övladı var: “Rəsmi nikahımız yox idi, nikah bağlamaq üçün Bakıya gələndə saxlanıldım. Mən ondan əvvəl Suriyada və digər ölkələrdə olmuşam. Amma döyüşməmişəm, müxtəlif xalqların nümayəndələrinə humanitar yardım etmişəm”.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rövşən Qədirov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Xəbər 2800 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +