İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


02.08.2017  18:19 

“Eurovision” qaydaları dəyişib





A+  A-

Avropa Yayım Şurası “Eurovision” mahnı müsabiqəsində iştirak qaydalarını dəyişib. Buna səbəb builki yarışmada rusiyalı müğənni Yuliya Samoylovanın Ukraynaya buraxılmaması olub.
XəzərNews.az bildirir ki, dəyişiklik barədə müsabiqənin məlumat portalı Esctoday məlumat yayıb.
Bundan sonra müsabiqənin keçirildiyi ölkənin ərazisinə buraxılmasında potensial qadağası olanlar “Eurovision”da iştirak edə və ya nümayəndə heyətinin üzvü ola bilməzlər.
2017-ci ilin yazında Ukrayna hakimiyyəti rusiyalı müğənni Yuliya Samoylovanı öz ölkələrinə buraxmayıb və onun bu ölkəyə girişinə növbəti iki ildə də qadağa qoyublar. Əsas kimi də o göstərilib ki, Samoilova Rusiyadan keçməklə ilhaq olunmuş Krıma gedib. Ukraynada bu, qanunvericiliyin pozulmasıdır. Rusiya isə öz növbəsində builki müsabiqədə iştirak etməkdən və onu özünün birinci kanalında yayımlamaqdan imtina edib.
Yayım Şurası həm də münsiflər heyətinin seçilməsi ilə bağlı tələbləri sərtləşdirib. Müsabiqədə oxunan mahnılarla hər hansı əlaqəsi olan şəxslərin münsiflər heyətinə salınması qadağan olunub. Təşkilatçılar bir daha vurğulayıblar ki, müsabiqədə siyasət və təbliğat yolverilməzdir.

Xəbər 3154 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +