“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.08.2023  19:08 

“Ermənistan təxribatlara əl atıb“ - Nazir





A+  A-

"Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Son günlər ərzində sülhməramlıların müraciəti əsasında erməni sakinlərin keçidi tam sərbəst şəkildə həyata keçirilib".

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Laçın-Xankəndi yolu ətrafında baş verən proseslər barədə həmkarına məlumat verib: "Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə məlumat verdim. Azərbaycan bunun qarşısını almaq üçün sərhəd keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb".

Azərbaycanın XİN başçısı söyləyib ki, yolların məqsədli şəkildə bloklanması kimi addımlar qəbuledilməzdir: "Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil".

Xəbər 2238 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +