Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


17.04.2018  14:21 

Bakıda duman, rayonlarda yağış olacaq





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 18-19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Xəbər 1681 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +