Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


22.08.2021  14:17 

Rəşad Mahmudovdan koronavirusla bağlı - Çağırış





A+  A-

“Son günlər kovid bəlasının yeni bir dalğası ilə üzləşmişik. Bir il yarımlıq dünya təcrübəsinə əsaslanaraq yaşayış tərzimizi tənzimləyə bilsək, həyatımıza rəsmi sərt məhdudiyyətlərsiz davam edə bilərik”.
XəzərNews.az xəbər verir ki, bunu tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov deyib.

“Hamılıqla və hər birimiz öz həyatımız, ailəmiz, sevdiklərimiz, tanıdıqlarımız, tanımadıqlarımız naminə şəxsi həyatımızda daha məsuliyyətli, daha səliqəli olmaq məcburiyyətindəyik.

Ən azından qarşındakı iki həftə ərzində sərt karantin rejimlərinin bizə aşılamış olduğu bütün təcrübədən, vasitələrdən istifadə etmək, yararlanmaqla yanaşı, həm də ictimai, məişət ünsiyyətlərini minimuma endirmək, kontaktları yalnız qaçılması mümkün olmayan hallarda qurmağımız bir zərurətə çevrilib”, - o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, tibbi təcrübəmiz artsa da, virusa qarşı mübarizə metodlarımız təkmilləşsə də, yoluxma sayı artır, ölüm halları mövcuddur, virus da yenilənməyə meyllidir:

“Peyvənd olunma yoluxmanın qarşısını ala bilmir. Amma peyvənd olunma virusa yoluxmada ağırlaşmaları minimuma endirir, əziyyət çəkməni, reanimasiyaya düşməyi, müalicə xərclərini və ən əsası, ölüm hallarını kəskin şəkildə azaldır. Peyvəndlənmə tək xilas yolumuzdur”.

Xəbər 2871 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +