Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


13.08.2021  13:11 

“Antiterror əməliyyatları hər an başlaya bilər”





A+  A-

“Sərhədlərimiz tam müəyyənləşmədiyi üçün Ermənistan tərəfi rus sülhməramlıların nəzarət etdiyi ərazilərə silah-sursat, müəmmalı yüklər daşıya bilir”
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Qarabağın bəzi yerlərində qalan erməni ordusunun yenidən silahlandırılması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan tərəfinin törətdiyi təxribatların qarşısını almaq üçün Laçın dəhlizinə nəzarət etməlidir.

“Bizdə sərhədlər müəyyənləşməyib. Ermənistan bununla bağlı danışıqlardan qaçır. Əvəzində Ermənistan tərəfi Qarabağa silah-sursat, hərbçi və müəmmalı yüklərin daşımaqla məşğuldur. Bunun qarşısını almağın iki yolu var: Laçın dəhlizinə nəzarət və erməni separatçılarını tərki silah etməliyik. Biz nə Rusiyaya, nə Ermənistana, nə də İrana ümidli olmalıyıq. Öz işimizi özümüz görüb, ərazi bütövlüyümüzü təmin etməliyik. Əks halda nə qədər nota versək, şikayət etsək də bunun qarşısını ala bilməyəcəyik”.

Politoloq hesab edir ki, Qarabağda antiterror əməliyyatları hər an başlaya bilər.

“Yenidən müharibə olmasa da, antiterror əməliyyatları başlayacaq. Düşünürəm ki, bu indiki halda lazımdır. Çünki biz hələ Xocalını, Şuşanın kəndlərini azad etməliyik. Münaqişəni elə Rusiya yaradıb ki, həm Azərbaycana, həm də Ermənistana təsir etsin. Bu ölkənin siyasətində dəyişən heç nə yoxdur. Öz işimizi özümüz görməliyik”.

Xəbər 2614 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +