Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


30.10.2023  09:45 

AYNA-nın yaratdığı problem: Nəzarətsiz yolda yaşanan cəhənnəm... - Fotolar





A+  A-

Təxminən 2023-cü ilin aprelində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə birgə Bakının Qaradağ rayonunun “Lökbatan” dairəsində yol hərəkətinin tənzimlənməsi üçün tədbirlər həyata keçirdikləri barədə informasiya yayıldı. Həqiqətən də dairədəki körpünün Bakı-Ələt istiqamətində gedən hissəsi taksilərdən və rayona gedən avtobuslardan təmziləndi. Hətta bu günün özündə də ərazidə Post-Patrul Xidmətə fəaliyyət göstərir. Və polisin qorxusundan həmin istiqamətdə hərəkət edən “xalturşiklər” maşın saxlayıb gedəcəyi rayona müştəri səsləmir.

Bu məsələnin birinci tərəfi və AYNA-nın deyil, məhz polisin hər gün ərazidə xidmət aparmasının nəticəsidir ki, məhz həmin hərəkət nöqtəsində tıxac yaranmır.



İndi ortaya başqa bir sual çıxır. Yaxşı bəs, “Lökbatan” dairəsində tıxaca səbəb olan avtobuslar, taksilər hara “qeyb” oldu. Yoxsa onlar AYNA-nın iddia etdiyi kimi yolun əks istiqamətində fəaliyyət göstərən Bakı Cənub Avtovağzalına yönləndirildilər?

Axı yayılan məlumatda deyilirdi ki, “Lökbatan” dairəsində inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib. Hazırda avtobuslar avtostansiyaya cəlb edilir.

Əslində nazirlik ağ yalan danışırdı.

Hər gün ordan keçən biri olaraq bu müddətdə gözlədik ki, AYNA prosesə müdaxilə edəcək və problem qısa müddətdə həll olunacaq. Lakin nə AYNA probelmin həllində maraqlı oldu, nə də yola səpələnərək tıxac yaradan vətəndaşlarımız...



Bir az əvvəl qeyd etdik ki, “Lökbatan” dairəsindən uzaqlaşdırılan avtobuslar, taksilər hara “qeyb” oldu?

Əlbəttə ki, heç yerə...

Sadəcə 50-60 metr arxada Binə Ticarət Mərkəzinin əsas girişi ilə “Lökbatan” dairəsi istiqamətində yenə pərakəndə vəziyyət yaradıblar. Ərazini qeyri-rəsmi dayanacağa çevirən taksilər və avtobuslar, yol üstü müştəri götürən fərdi avtomobillər əməlli-başlı xaos yaradıb.

Bir sözlə, hər gün pik saatlarda o yolda cəhənnəm yaşanır. Həm bazardan çıxan, həm də Lökbatan qəsəbəsi istiqamətindən gələn kiçik və iri həcmli yük maşınlarının uzun növbəsi müşahidə olunur. Pols (DYP) istisna olmaqla nəqliyyata məsul olan heç bir qrum və yaxud da əməkdaşları gözə dəymir.



Çox maraqldır, bəs AYNA deyirdi hazırda avtobuslar avtostansiyaya cəlb edilir. Nə oldu, məlumatın yayılmasından sonra ötən 4-5 ay müddətində proses tamamlanmadı?

Əlbəttə ki, yalan danışırdılar. AYNA konkret olaraq həmin ərazidə nə dünən, nə də bu gün heç bir iş görməyib.

Ümumiyyətlə bu qrumun fəaliyyəti nədən ibarətdir, o da cəmiyyət üçün qeyri-müəyyəndir.

Elvin
Xəzərnews.az





Xəbər 1180 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +