14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


30.01.2018  14:26 

22 dövlət əmlakı özəlləşdirilib





A+  A-

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
XəzərNews.az komitəyə istinadən xəbər verir ki, hərracda böyük rəqabət müşahidə olunub. Belə ki, 22 dövlət əmlakının özəlləşdirilməsinə ümumilikdə 8-i elektron olmaqla 44 sifariş verilib. Bunlardan 9 əmlak üzrə 31 sifariş qəbul edilib. Hərracda həmin əmlakların qiyməti 47 300 manatdan 61 700 manata qədər yüksəlib.

Hərraca çıxarılan nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. 11 nəfərin sifariş verdiyi “Nissan Sunny” markalı minik avtomobilinin ilkin start qiyməti 2 300 manata olsa da sonda 8 700 manata özəlləşdirilib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi “Cherry Eastar” olub. 6 sifarişin verildiyi adı çəkilən maşının ilkin start qiyməti 1 600 manat olsa da, 5 350 manata sahibini tapıb.
Bundan başqa “Nissan Maxima” markalı minik avtomobili də alıcıları özünə cəlb edib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 600 manat olsa da, sonda 5 300 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi 47 saylı mağaza olub. Yevlax şəhərində yerləşən əmlakın ümumi faydalı sahəsi 70 kv.m təşkil edir. Obyekt xidmət sahəsində investor üçün yaxşı gəlir gətirə bilər.

Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 6-ı Bakıda qalanları isə Mİngəçevir şəhərində, Ağdaş və Abşeron rayonlarında yerləşir. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investor üçün gəlir mənbəyidir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 60 kv.m-dir. Eyni zamanda Bakının Yasamal rayonunda yerləşən, sahəsi 70 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sahəsində, ofis kimi fəaliyyət göstərməyə imkan verir. Bundan başqa ümumi faydalı sahəsi 31 kv.m olan, Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahəsi də özəlləşən əlverişli əmlaklardandır.

Xəbər 1783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +