14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


19.04.2024  09:17 

Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...





A+  A-

“Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin nazir müavini olan general oğluna məxsus şirkətlə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb”.

Xəzərnews.az Yeni Sabah.az-a istinadla xəbər verir ki, bunu iqtisadçı Allahverdi Aydın “Facebook”da yazıb.

“Ramiz Mehdiyev AMEA prezidenti olanda oğlunun şirkətinə 10,4 milyon manat pul köçürüb və qarşılığında heç bir iş görülməyib. Hesablama Palatası da bununla bağlı Baş

Prokurorluğua müraciət edib ki, burda cinayət əməli olduğu üçün tədbir görsünlər.“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində açıq şəkildə göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsi ilə həyata keçirilir.

Elm və Təhsil Nazirliyi cavab versin görək ki, dərslik çap etmək nə zamandan məxfi məlumat olub? Yaxud, cavab versinlər görək, 2 milyonluq satınalma üçün niyə tender müsabiqəsi keçirilməyib? Axı Qanunun 49-cu maddəsində bir mənbədən satınalma metodunun hansı hallarda tətbiq olunacağı açıq şəkildə qeyd olunub” – deyə, iqtisadçı vurğulayıb.

Xəbər 2366 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +