Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


20.12.2019  15:51 

Keçmiş məhkum sərhədi pozarkən yaxalandı





A+  A-

Dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ya­xın­lığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tə­rə­fin­dən bir nəfər naməlum şəxsin Azərbaycandan İran istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunub­ və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu saxlanılıb.
DSX-dən XəzərNews.az-a bildirilib ki, ilkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub.

Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.

Dekabrın 17-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xid­məti sahəsində Azərbaycandan Rusiya istiqa­mətində dövlət sərhədinin pozulması aşkar olunub, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb.

Görülmüş tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində saxlanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xəbər 1561 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +