Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


11.04.2017  09:57 

Büdcə vəsaitlərini “yeyən” bəzi qurumlara həmin pullar geri ödətdirilib





A+  A-

Ötən illərdə aparılmış nəzarət tədbirləri üzrə qurumlar tərəfindən 2016-cı ildə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı məlumatların alınması təmin edilib.
XəzərNews.az-ın məlumatına görə, bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib.
Qurumdan saytımıza verilən məlumatda bildirlib ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, “Azərsu”” və “Azərkosmos”ASC, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Respublikasının NATO təşkilatında nümayəndəliyi, Masallı və Tovuz rayonları əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən 35,5 min manat, 14,6 min avro, 33,1 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 103,9 min manat məbləğində mal-material natura şəklində bərpa edilib, 42,0 min manat məbləğində debitor borcun bağlanması isə təmin edilib.
Həmçinin DSMF-in Xətai, Ağstafa, Masallı və Cəlilabad rayon şöbələrində aparılmış tədbirlərlə bağlı işlərin davamı olaraq hesabat ilində bu şöbələr tərəfindən 40,3 min manat artıq ödənilmiş pensiya məbləği, 37,0 min manat məbləğində əlavə hesablanmış məcburi dövlət sosial sığorta haqqı müvafiq qaydada DSMF-in büdcəsinə ödənilib.

Xatirə
XəzərNews



Xəbər 1921 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +