Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


20.02.2025  12:37 

Rusiya yavaş-yavaş Trampın oyununa gəlir...





A+  A-

Savaş yenicə başlayanda ABŞ Bayden administrasiyası vasitəsilə Rusiyaya qarşı böyük cəbhə yaratmağa çalışdı. Lakin istər Avropa dövlətlərinin bəziləri, istər Çin, istərsə də Türkiyə sanksiyalardan kənarda qalmağa, Rusiyaya qarşı aktiv ittifaqda olmamağa üstünlük verdilər.

Tramp siyasi gedişləri dəyişdi. O, ABŞ-ın çağırışlarına qoşulmayan ölkələri fərqli yerdən Rusiyanın qarşısına çıxartmaq planını işə saldı.

ABŞ Rusiya ilə birbaşa təmaslara keçməklə, dünyada yeni xof yaratdı. Hamı belə düşünür ki, bu iki supergücün birbaşa təması digərlərinin marağını zərbə altında qoyacaq, dünyada gedən oyunlardan hamı kənarda qalacaq.

ABŞ-Rusiya danışıqlarından sonra heç kim (daha çox Avropa, Çin, Türkiyə nəzərdə tutulur) Putinin onları tərəf kimi qəbul edəcəyinə haqlı olaraq inanmır və bir-birinin ardınca Ukraynanın ərazi bütövlüyü məsələsində israrlı olduqlarını xüsusi bəyanatla təsdiqləyir, Ukraynaya yardımın yeni formalarını düşünürlər.

Əslində, alt yapıda Trampın istədikləri bu idi. ABŞ bu savaşda hamını əlini daşın altına qoymağa çağırırdı. "Hamı" isə ABŞ-ı gözləyirdi.

İndi Tramp sanki Rusiyanın müttəfiqi kimi çıxış etməklə, nəinki Avropanı, hətta Çini belə hərəkətə gətirib. ABŞ Ukraynanın yanında olacaq, lakin savaşın ilk cərgəsinə Avropa ölkələrini düzəcək, yardım kampaniyasında Avropa ölkələrinin payı çoxalacaq, Çin isə bu savaşda daha ehtiyatlı mövqe tutub, Rusiyaya açıq-gizli dəstəyini durduracaq. Ən azı oyunun sonunu gözləyəcək.

İsrarla Zelenskinin üzərinə gedən Tramp onun qoruyucu zirehini yaradır. Avropa ölkələrinin hamısında, o cümlədən Ukrayna daxilində Zelenskinin mövqelərini möhkəmləndirir.

Hər kəsi Rusiyaya qarşı cəbhədə birləşdirəndən sonra, ABŞ Rusiyaya son zərbəni vuracaq.

Türkiyənin də bu məsələlərdə rolu fərqlidir. Suriyada olduğu kimi, Ukraynada da Türkiyə ABŞ-ın ən yaxın müttəfiqidir. Türkiyəyə vəd edilən Yaxın Şərq siyasətindəki qazanclar, Ukraynada da keçərlidir. Tramp Avropadan çox, Türkiyəyə güvənir. Elə Ərdoğan-Zelenski görüşü və bu görüşdən sonra Ukrayna prezidentinin inamlı bəyanatları məsələlərin mahiyyətindən bixəbər olmadığının göstəricisidir.

Bu, Rusiya üçün ağır tələdir. Bundan qurtula biləcəkmi?

Demək çətindir, lakin Rusiya da ehtiyatlı oynamağa üstünlük verir. Trampın oyunlarından xəbərdar kimi davranır. Lakin alternativi də demək olar ki, yoxdur.

Rusiya məcburiyyət siyasəti aparır.

Kim daha yaxşı oynayacaq?

Bu savaşda Rusiya məğlub olacaq - hansı oyun getsə belə, geci, ya tezi var.

Biz Ukraynanın yanındayıq, çünki o haqlıdır.

Biz Ukrayna ilə birlikdəyik, çünki o postsovet ölkələrinin hamısını Rusiyanın əlindən xilas edə bilər.

Biz Ukraynanın dəstəkləyirik, çünki imperialist güclərin məğlubiyyəti azadlıq və demokratiyanın yolunu açır.

Rusiya işğalçıdır, işğalçılara qarşı durmaq isə hər kəsin borcudur...

P.S. ABŞ NATO-nu bu savaşda məğlub və prinsiplərindən imtina edəcək səviyyəyə çatdırmaz, çatdıra bilməz. Provokasiya xarakterli bəyanatlar sadəcə oyunun səmimiliyinə hamını inandırmaq xarakteri daşıyır. ABŞ təkcə prezident və komandası tərəfindən idarə olunmur...

İqbal Ağazadə
Ümid Partiyasının sədri

Xəbər 3647 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +