“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


19.06.2021  10:46 

Ermənistanda “sükut günü”dür





A+  A-

Ermənistanda parlament seçkiləri ilə bağlı 12 günlük aktiv təşviqatdan sonra bu gün seçkiqabağı “sükut günü” elan olunub.
XəzərNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, “sükut günü” rəsmi olaraq səsverməyə hələ bir sutkadan artıq vaxt qaldığı halda şənbə günü gecə yarısı qüvvəyə minib.

İctimai tədbir və çıxışlar vasitəsilə istənilən təşviqat keçirmək, bu yöndə materiallar yaymaq, debatlar və seçicilər ilə görüşlər təşkil etmək qadağandır. İctimai rəylə bağlı sorğuların nəticələrini elan etmək də yolverilməzdir.

Ermənistan qanunvericiliyinə əsasən, siyasi təşviqat keçirmək barədə mövcud qaydaları pozan şəxslər administrativ məsuliyyətə cəlb olunur və onları 200-dən 600 min drama qədər cərimə gözləyir.

Səsvermə və ondan öncəki bir gün ərzində yerüstü yayım, həmçinin peyk yayımı həyata keçirən yazılı mətbuat, radio və televiziya şirkətləri vasitəsilə təşviqat keçirən şəxslər, eləcə də informasiya fəaliyyəti ilə məşğul olanlar, yaxud rəhbər şəxslər 500-dən 700 min drama qədər cərimə oluna bilərlər.

Qeyd edək ki, seçkilərdə rekord həcmdə, yəni 4 blok və 21 partiyadan ibarət 25 siyasi qüvvə iştirak edir. 2008 seçki məntəqəsindən 479-u paytaxt İrəvanda, 1529-u isə rayonlarda yerləşir. 2, 583 milyon erməni seçki hüququna malikdir. Bu şəxslərin 855 mindən çoxu paytaxtın payına düşür. 363 şəxs elektron qaydada səsvermə hüququna malikdir ki, bunlar da diplomatik nümayəndələr və onların ailə üzvləridir.

Seçki qanunvericiliyinə əsasən, partiyalar üçün keçid baryeri 5%, alyanslar üçün isə 7%-dir.

Xəbər 1997 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +