Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


21.10.2023  15:20 

Əhali daha çox kredit ala biləcək... - Yeni qanun qəbul olunur





A+  A-

“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi vətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı verəcək”.

Xəsərnews.az xəbər verir ki, bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq.

“Bu baxımdan gözləntilər həm də ondan ibarətdir ki, yeni qanun layihəsi bankların girov kimi cəlb etdiyi əmlakın da doğru qiymətləndirilməsinə gətirib çıxaracaq. Nəzərə almaq lazımdır ki, əvvəlki dövrdə bir sıra banklar tərəfindən əmlakın daha ucuz qiymətləndirilməsi həyata keçirilirdi və nəticədə, verilən kreditin həcmi qiymətləndirilmiş əmlakın dəyərinə uyğun olaraq müəyyənləşdirilirdi.

Bu baxımdan, yeni qiymətləndirmə qaydaları həm də vətəndaşlarımıza eyni əmlakı girov qoymaqla daha çox kredit almaq imkanı verəcək. Bu baxımdan gözlənilir ki, vətəndaşların götürdüyü kreditlərin həcmində artım olsun”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, qanun layihəsi oktyabrın 6-da Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib. Bu qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Xəbər 1289 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +