Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


18.07.2025  10:26 

Şahin Şıxlinskiyə qarşı təzyiqlər artır, özü isə yoxa çıxıb





A+  A-

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.

Bir gün əvvəl oğlu Mutvalı Şıxlinski dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunaraq 2 aylığa həbs olunub.

“Azərbaycan-Ural” diaspor təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-i axşam saatlarında saxlanılmışdı. O və oğlunun olduğu avtomobil “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında qarşılanıb. Saxlanılan zaman maşını Mutvalı idarə edib. Təhlükəsizlik qüvvələrindən biri maşının qapısını açmaq istəyəndə sürücü qəfil arxaya keçib və nəticədə təhlükəsizlik işçisi asfalta yıxılıb.

"Şıxlinski ilə əlaqə saxlamaq mümükün olmadığınadan axtarışa verilib. O, Azərbaycanın Moskvadakı səfirliyinin binasında yerləşən oteldə gizlənə bilər", - deyə Rusiya DİN-dəki mənbə bildirib.

Qeyri-rəsmi məlumata görə, bu gün onun Yekaterinburqdakı mənzilində axtarış aparılıb.

İkinci mənbə iddia edir ki, Şahin Şıxlinski bir gün əvvəl istintaq təcridxanasına göndərilən oğlu Mutvala kimi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə şübhəli bilinir. “Deyirlər ki, oğluna aradan çıxmaq əmrini məhz Şahin verib”, - mənbə bildirib.

Diaspor rəhbəri iyulun 7-dən zənglərə cavab vermir. Ailəsi ilə də əlaqə saxlamaq mümkün deyil./Yenisabah.az

Xəbər 311 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +