Rusiyada azərbaycanlı milyarderin şirkətinə basqın edildi
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI
Binəqədidə yaşayış binasını birə basdı
Sabah 40 dərəcə isti olacaq
Bu stansiyada yeraltı avtomobil dayanacağı TİKİLƏCƏK


23.07.2025  11:55 

“Sea Breeze”də pulsuz çimərlik açıldı





A+  A-

Tanınmış azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov ona məxsus “Sea Breeze Resort Baku” istirahət kompleksinin ərazisində pulsuz çimərlik sahəsinin istifadəyə verildiyini elan edib.

XəzərNews.az xəbər verir ki, o, bu barədə rəsmi Instagram səhifəsində video paylaşaraq izləyicilərinə məlumat verib.

Ağalarov paylaşımında qeyd edib:

“Ərazimizdəki bu pulsuz çimərlik heç də pullu zonadan pis deyil.”

Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Qısa müddət ərzində 15 minə yaxın bəyənmə, minlərlə baxış və yüzlərlə şərh toplayıb. İstifadəçilər Emin Ağalarovun həm turizm sahəsinə verdiyi töhfələri, həm də sosial əlçatanlıq prinsipini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Sea Breeze” artıq bir neçə ildir ki, Xəzər dənizi sahilində yerləşən və lüks istirahət imkanları ilə seçilən kompleks kimi fəaliyyət göstərir. Bu dəfə Emin Ağalarov hər kəsin istifadəsi üçün açıq və keyfiyyətli çimərlik təqdim edərək bölgənin turizm potensialını daha da artırmağa çalışır.




Xəbər 412 dəfə oxunub.




25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq

24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü


BÜTÜN XƏBƏRLƏR +