Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


21.01.2023  11:37 

Qanunsuz neft satışının qarşısı alınıb





A+  A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında yerləşən “Avto Qarant” ASC-nin ərazisində yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları (yağ) ilə dolu çənlərin saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə müraciət daxil olub.

XəzərNews.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən baxış zamanı yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

Xəbər 1105 dəfə oxunub.



05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +