Sazişin imzalanması tarixi bir mərhələ olacaq - Nazir
Araz Musayev onu vuranı tanımır... - Açıqlama
Türkiyəli deputat Bakını yenə tənqid etdi - Səbəb?
Əli Nur Fizuli Hüseynovu polisə şikayət edib
13 yaşlı məktəblini vuran məmur oğlu saxlanıldı
Hərbi qulluqçumuz minaya düşüb - Rəsmi
Prezident BƏƏ-dən olan iş adamlarını qəbul edib
Brüsseldə Ramstein görüşü baş tutacaq
Xəzər Universitetində tələbə bıçaqlanıb
Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi


02.03.2020  13:43 

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda müşaiyət edilən faktiki hava haqda məlumat açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən xəbərə görə, martın 2-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şərq rayonlarında intensiv olub.

Şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 30, Neftçalada 28, Çilov adasında 27, Sumqayıt, Balakəndə 25, Pirallahı, Neft Daşlarında 26, Tərtərdə 23, Naftalan, Zabratda 22, Ələt, Ağstafa, Tovuzda 20, Altıağac, Binədə 19, Xaçmaz, Salyan, Ağdərədə 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Düşən yağıntının miqdarı Lənkəranda 29, Astarada 28, Zərdab, İmşlidə 14, Beyləqanda 12, Yardımlı, Lerikdə 9, Kürdəmir, Neftçalada 8, Sabirabadda 7, Cəfərxanda 5, Bərdədə 4, Tərtər, Salyan, Biləsuvarda 3, Göyçayda 2, Mingəçevir, Kişçay(Şəki), Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Daşkəsən, Gədəbəy, Göygöl, Şahdağ, Xınalıq, Qrız, Qusarda 1, Bakıda və Abşeron yarımadasında 2 mm olub.

Qar örtüyünün hündürlüyü Lerikdə 18, Qrızda 17, Sarıbaşda (Qax) 12, Yardımlıda 8, Xınalıqda 4, Daşkəsən və Göygöldə 1 sm-ə çatıb.

Havanının minimal temperaturu dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta olub.

Qeyd: Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək. Martın 3-ü gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Xəbər 1691 dəfə oxunub.




29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +