Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


25.07.2018  09:38 

Bu vəzifəni daşıyanların nişanları dəyişdi





A+  A-

Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, normalara edilən dəyişikliyə görə, adında və 1-ci hissəsində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin” sözləri ilə əvəz edilib.

Qərara aşağıdakı məzmunda 3-cü hissə əlavə edilib: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari il dekabrın 31-i vəziyyətinə dair hesabatı növbəti il fevralın 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

Yeni normalara görə isə “müfəttişlik” sözü “xidmət” sözü ilə əvəz olunub və bu vəzifəni daşıyanların nişanları da yenilənib.

Xəbər 1789 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +