Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


18.11.2017  19:46 

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq





A+  A-

Azərbaycanda peşə təhsili müəssisələrinin növləri müəyyənləşib.
XəzərNews.az-ın Modern.az-a istinadən məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 9-cu maddəsində (peşə təhsili sisteminin quruluşu) qeyd edilib.

Yeni sənədə görə, peşə təhsili müəssisələrinin növləri aşağıdakılardır:

1. Peşə məktəbi;
2. Peşə liseyi;
3. Peşə təhsil mərkəzi.

Yeni qanun layihəsinə əsasın, ümumtəhsil müəssisələrində təhsil alan şəxslərə ilk peşə təhsili almaq hüququ verilir.
Peşə məktəbinə qəbul olunan şəxslərə yalnız texniki peşə təhsili almaq hüququ verilir.

Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir.

Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

Yeni qanun layihəsi 1-ci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Xəbər 1495 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +