Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


07.11.2017  13:11 

“Maaşımız niyə artırılmır?” - Deputatdan etiraz





A+  A-

“Növbəti ilin büdcəsində dövlət strukturlarında maaşların artırılması nəzərdə tutulsa da, bu, deputatlar üşün nəzərə tutulmayıb. Niyə belə ayrı-seçkilik qoyulur? Büdcədə dövlət strukturlarında çalışanların maaşlarının 20 faiz artırılması, yuxusunda nəsə görüb duranların məvaciblərinin qaldırılması nəzərdə tutulsa da, bu, Milli Məclisdə çalışanlara şamil olunmur”.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin ictimai brliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bugünkü büdcə müzakirəsi zamanı deyib. O bildirib ki, Milli Məclisin illik büdcəsi cəmi 600-700 min manat civarında artırılır.

“Parlamentin illik büdcəsi heç bir rayonun büdcəsi qədər də deyil. Belə yanaşmaq olmaz. Axı bu gün qaçan da, qovan da Milli Məclisə üz tutur. Bu gün Milli Məclis yeganə qurumdur ki, bütün problemlərə sinə gərir. İstər xarci ölkələr, beynəlxalq təşkilatlar olsun, istərsə də daxildə vətəndaşların problemi olsun”.

Komitə sədri qeyd edib ki, parlamentin 50 ölkə ilə dostluq qrupu var, heç olmasa bu qruplarla iş aparmaq üçün ildə və yaxud 3 ildən bir görüş keçirilməlidir.

“Xarici dostluq qruplarına Azərbaycan haqqında məlumat verməliyik ya yox? Bu gün ölkəyə qonaqlar dəvət edilir. Səfərlər olur. Beynəlxaql təşkialtlarda Azərbaycaan qarşı hücumların qarşısında deputatalar dayandığı halda, onların niyə maaşı artırılmır?”.

S.Novruzov deyib ki, hazırda deputatın maaşı bir rayon məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən azdır. “Bu gün hamı deputataın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yük onarın üzərinə düşür. Odur ki, deputatların da maaşı qaldırılmalıdır. Təkcə deputatların deyil, eyni zamanda parlamentin strukturunda çalışanların da maaşı qaldırılmalıdır”.

Xəbər 1688 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +