Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


01.10.2021  16:59 

Bir gündə 67 müəllimi işdən qovdu - Bakıda





A+  A-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb.

XəzərNews Bakupost.az-a istinadən xəbər verir ki, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir.

Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib. O birdən-birə bu qədər müəllimi Təhsil naziri Emin Əmrullayevin tapşırığı ilə işdən çıxardığını bildirib. Təhsil Nazirliyinə üz tutan müəllimlərə isə belə bir qərardan nazirin xəbərinin olmadığı bildirilib.

İşlərini itirən müəllimlər bu qərarın heç bir qanuna söykənmədiyini, hüquqlarının pozulduğunu bildiriblər. Onlar baş verən hadisə ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsmana rəsmi müraciət ediblər.

Qeyd edək ki, Kollecin direktoru Nərmin Qaralova sabiq Baş Prokuroru Zakir Qaralovun qohumu kimi tanınır.

Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

Xəbər 2507 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +