Sazişin imzalanması tarixi bir mərhələ olacaq - Nazir
Araz Musayev onu vuranı tanımır... - Açıqlama
Türkiyəli deputat Bakını yenə tənqid etdi - Səbəb?
Əli Nur Fizuli Hüseynovu polisə şikayət edib
13 yaşlı məktəblini vuran məmur oğlu saxlanıldı
Hərbi qulluqçumuz minaya düşüb - Rəsmi
Prezident BƏƏ-dən olan iş adamlarını qəbul edib
Brüsseldə Ramstein görüşü baş tutacaq
Xəzər Universitetində tələbə bıçaqlanıb
Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi


02.02.2022  10:53 

Deputatın şirkətinin 10 milyon vergi borcu var, amma o hələ də azadlıqdadır?





A+  A-

“Deputat İqbal Məmmədovun 10 milyon manata yaxın vergi borcu var. Bilirsiniz də bu hansı deputatdır, el arasında “Relax İqbal” deyirlər, qəşəng hotelləri, restoranları, istirahət mərkəzləri var”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri REAL Partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

Natiq Cəfərli xatırladıb ki, 2019-cu ildə deputatın oğlu (Mirhəmid Nərimanlı –red.) “Relax”ı yoxlamağa gələn vergi işçilərini döymüşdü: “İndi də məlum olur ki, deputatın şirkətinin milyonlarla vergi borcu var. 2016-cı ildə mənə yalandan, tam qurama kağızla 2070 manat vergi borcu yazıb həbs etmişdilər. Əlimdə Vergilərin rəsmi “borcu yoxdur” sənədi olsa da, məhkəmə dedi yox e, var, həbs olunmalıdır. Bəs necə olur ki, deputatın şirkətinin 10 milyon vergi borcu var, amma o hələ də azadlıqdadır? Hələ də deputatdır?”

N.Cəfərli eyni zamanda təcili proporsional seçki haqqında qanunun qəbul edilməli, deputatların sayının 155 nəfərə qədər artırılmalı, ancaq partiya siyahıları ilə normal parlament formalaşdırılmalı olduğunu bildirib: “Sonra da hökumət məhz həmin yeni Parlamentdən çıxmalı və sosial-iqtisadi işlərlə məşğul olmalıdır, Prezident Dövlət Başçısı, Milli Məclisdən çıxan hökumətin rəhbəri isə hökumət başçısı olmalıdır. Gecikirik, zaman daralır...”

Xəbər 1427 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +