Sazişin imzalanması tarixi bir mərhələ olacaq - Nazir
Araz Musayev onu vuranı tanımır... - Açıqlama
Türkiyəli deputat Bakını yenə tənqid etdi - Səbəb?
Əli Nur Fizuli Hüseynovu polisə şikayət edib
13 yaşlı məktəblini vuran məmur oğlu saxlanıldı
Hərbi qulluqçumuz minaya düşüb - Rəsmi
Prezident BƏƏ-dən olan iş adamlarını qəbul edib
Brüsseldə Ramstein görüşü baş tutacaq
Xəzər Universitetində tələbə bıçaqlanıb
Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi


31.01.2022  12:28 

Nəhənglərin TOQQUŞMASI





A+  A-

Düşünürəm ki, bu gün Rusiyanin Ukraynaya hücum ehtimalı Qərb - ABŞ və NATO ölkələri tərəfindən məqsədli şəkildə şişirdilir. Hətta ABŞ Rusiyanı və Ukraynanı bu müharibəyə təhrik edir.

Ukrayna durmadan silahlandırılır, diplomatlar Kiyevdən çıxır və NATO durmadan Rusiya sərhədlərinə yaxınlaşır. Məqsəd Rusiyanı qlobal münaqişə ocağına salmaq, bütün dünya ilə üzbəüz qoymaq, son nəticədə parçalamaq və böyük siyasət meydanından uzaqlaşdırmaqdır. Bu planın həyata keçirilməsi üçün Ukrayna poliqon kimi seçilib. Əgər nəhənglər toqquşarsa, Ukrayna ayaqlar altında qalacaq, bütün region dağılacaq... Ukrayna lideri Zelenski də bunu hiss edir, müharibə təhlükəsinin olmadığını deyir və xalqını sakitləşdirmək istəyir...

Bəli, NATO irəliləyir, Qərb Rusiyanı “məhvedici” iqtisadi sanksiyalarla hədələyir, faktiki olaraq, Rusiyaya geri çəkilmək üçün yer saxlamır. Rusiya lideri Putin də Qərbin məqsədini və təhlükənin miqyasını anlayır və adekvat planlar hazırlayır. Bu məqsədlə Rusiya qoşunlarını Rusiya – NATO sərhəddinə yığır. Vəziyyət hər gün, hər saat gərginləşir. Hələlik “müharibə” ABŞ və Rusiya xarici işlər nazirlikləri arasında gedir və getdikcə şiddətlənir. Dünyanın analitik mərkəzləri də hesab edir ki, tərəflərdən biri geri çəkilməsə, silahlı toqquşma qaçılmaz olacaq...

Yeganə “xilas kəməri” qarşıdurmaya gedən tərəflərin nüvə ölkələri olmasıdır. Albert Eynşteyn hələ keçən əsrdə deyirdi ki, IV Dünya müharibəsi oraq və çəkiclə olacaq, çünki III Nüvə müharibəsində hər şey məhv olacaq. Rusiya və Qərb liderləri də yəqin bunu anlayırlar, qlobal fəlakətin fərqindədirlər... Bayden artıq 8-ci onilliyi yola verib, Putin isə 7-ci onilliyi yola vermək üzrədir...

Qalib ARİF

Xəbər 1911 dəfə oxunub.



29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +