Sazişin imzalanması tarixi bir mərhələ olacaq - Nazir
Araz Musayev onu vuranı tanımır... - Açıqlama
Türkiyəli deputat Bakını yenə tənqid etdi - Səbəb?
Əli Nur Fizuli Hüseynovu polisə şikayət edib
13 yaşlı məktəblini vuran məmur oğlu saxlanıldı
Hərbi qulluqçumuz minaya düşüb - Rəsmi
Prezident BƏƏ-dən olan iş adamlarını qəbul edib
Brüsseldə Ramstein görüşü baş tutacaq
Xəzər Universitetində tələbə bıçaqlanıb
Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi


29.11.2020  20:04 

Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı





A+  A-

“Ermənistan böhrandan növbədənkənar seçkilər yolu ilə çıxa bilər”.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvada erməni icması ilə görüşündə bildirib.

Azərbaycana bütün cəbhələrdə, o cümlədən informasiya məkanında uduzduqlarını deyən Sarkisyan ölkədə 1994-cü ildən əhalinin sayında artım olmadığını, Azərbaycan orduya böyük sərmayə qoyduğu halda, Ermənistanın hələ də 90-cı illərin ortalarındakı fikirlərlə yaşadığını etiraf edib.

“İstənilən ölkədə belə bir faciəyə səbəb olan hökumət istefaya getməlidir. Güclü siyasətçi yenidən qayıda bilər. Amma indi Ermənistan başqa ölkədir, əvvəlki kimi davam etmək olmaz. Böhrandan çıxmağın sivil yolları var: erkən seçkilər, xalqın razılığı əsasında hökumətin qurulması. Bu o demək deyil ki, hər bir partiyanın öz naziri olmalıdır. Əksinə, keçid hökuməti öz sahəsi üzrə ixtisaslaşmış şəxslər tərəfindən təşkil edilə bilər, onu isə ümumi etimadı qazanmış şəxs qurmalıdır. Belə hökumət yeni seçkilərə qədər altı ay və ya bir il işləməlidir”, - deyə Sarkisyan Paşinyanı istefaya çağırıb.

Ermənistan prezidenti, eyni zamanda konstitusiyada da dəyişikliklər edilməli olduğunu, parlament, hökumət və prezident institutu arasında tarazlığın vacibliyini qeyd edib.

Xəbər 2203 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +