“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


02.08.2019  11:43 

Peşə məktəblərinə sənəd qəbulunun vaxtı AÇIQLANDI





A+  A-

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.
XəzərNews.az-ın məlumatına görə, agentliyin direktor müavini Amil Əlili bildirib ki, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 5-dən 20-dək Bakı və rayonlarda 15 “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçiriləcək.

A.Əlili qeyd edib ki, 145 ixtisas üzrə sənəd qəbulu həyata keçiriləcək: “Bunlardan 23-ü yeni ixtisaslardır. Əsasən sənaye sahəsində yeni ixtisaslar yaradılıb. Logistika mütəxəssisi, Avtomobil diaqnostikası, Turizm təşkilatçısı yenə ixtisaslardır”.

Xəbər 1420 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +