“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.07.2021  18:43 

Toydan çıxan piyadanı maşın vurub öldürdü





A+  A-

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az xəbər verir ki, hadisə dünən axşam Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Nəsimikənd sakini Əliyev Bayram Hazarxan oğlu “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən, ətrafda yerləşən şadlıq evindən çıxan piyadanı vurub.

Hadisə şahidlərinin sözlərinə görə, piyada Ağayrı kənd sakini, 1953-cü il təvəllüdlü İxtiyar Qurbanov avtomobilin qarşısına qəfildən çıxdığından ciddi xəsarət alıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1659 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +