“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


08.01.2021  10:32 

Ana və iki övladı heroin alverinə görə saxlanıldı





A+  A-

Bakıda narkotacir və 8 müştərisi saxlanılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Suraxanı RPİ Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən Bülbülə qəsəbəsində yaşayan 1981-ci il təvəllüdlü Cavid Bayramov tutulub. Narkotik satışı ilə məşğul olan C.Bayramovun evindən 428 qram heroin, 2 kq qurudulmuş marixuana və 11 qram metamfitamin aşkar edilib.

Aparılmış araşdırmalarla ondan narkotik alan 8 müştərisi də saxlanılıb və onların üzərindən heroin aşkar edilərək götürülüb. Belə ki, 1991-ci il təvəllüdlü Anar Səlimov, 1975-ci il təvəllüdlü Emil Əliyev, 1989-cu il təvəllüdlü Musa Əliyev, 1992-ci il təvəllüdlü Ülvi Mahmudov, 1976-cı il təvəllüdlü Səbinə Tanrıverdiyeva, 1997-ci il təvəllüdlü Fatma Tanrıverdiyeva, 2001-ci il təvəllüdlü Samir Tanrıverdiyev və 1989-cu il təvəllüdlü Novruz Seyfullayevdən müxtəlif çəkilərdə heroin aşkar edilərək götürülüb.

Müştərilərdən Fatma və Samir bacı-qardaş, Səbinə Tanrıverdiyeva isə onların anasıdır.

Narkotacir Cavid Bayramov əvvəllər də narkotik satışına görə məhkumluq yaşayıb.

Xəbər 2040 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +