Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


13.06.2023  11:06 

Qeybə çəkilən parklanma aparatları, 5 ildir sükut edən qurumlar...





A+  A-

Ölkədə idarəetmədəki problemləri bəzən ağıl və məntiqlə çözmək mümkün deyil. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi qiymətlərinin ucuz olmasını həzmedə bilməyib, qiymətləri qaldırmaqla olmayan problemi əsas PROBLEMƏ çevirməyə cəhd edib.

Bu sahədə ustadırlar. Sizə çözülmüş ya da çözülməkdə olan bir problemi necə böyük problemə çevirdiklərini xatırladacağam.

Bakıda Parklama problemini illər öncə Bakı Şəhər İcra Hakimiyyəti milyonlarla investisya qoyaraq parklama aparatları quraşdıraraq, parklama nöqtələrində saat hesabına maşınları saxlamağa imkan verən sistem tətbiq etdi. Bu nöqtələrdən kənarda isə parklamağı sərt qadağan etməklə nəqliyyatın axınını müəyyən mənada tənzimləməyə yardımçı oldu. Xeyli də vəsaitlər rəsmi toplanmağa başladı. Çünki həmin aparatlara atdığınız pullara görə rəsmi qəbzlər təqdim olunurdu...

Amma bu sistem vərdişə çevrilib, oturuşmağa başlayanda "sehirli əl" 2018-ci ildə Bakı Nəqliyyat Agentliyi deyilən və şəhər rəhbərliyinə bağlı olmayıb, birbaşa Nazirlər Kabinetinə bağlı olan qurumu yaratdı. Bu qurum 5 ilədək fəaliyyət göstərdiyi müddətdə Bakıda olan bütün parklama apartlarını sökdü və bütün parkinqlərə belə bir lövhə astı:
Nazirlər Kabineti parklama qiyməti müəyyən edənədək parklamalar pulsuzdur.

Praktikada isə həmin ərazilərdə əllərində çubuq, üzərilərində də fərqləndirici forma olan "parkovşiklər" yenə həmin ərazilərdə nağd pul toplayaraq qanunsuz fəaliyyətə davam etdilər. Əlbəttə günün sonunda bu pullar "məçhul" hovuzda birləşdiyinə kimsənin şübhəsi yoxdur.

Bu il apreldə BNA yarıtmaz fəaliyyətinə görə ləğv edildi, yerinə daha bir yarıtmaz qurum təsis edildi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi.

Bu qurum da sələfi BNA kimi 3 aydır qiymət müəyyən etdirə bilməyib, amma hər gün yüz minlərlə avtomobilin parklamalarda saxlanmasına görə milyonlarla manat vəsait qanunsuz şəxsi ciblərə gedir və dövlətin kassasına bir qəpik də daxil olmur.

Ortalama Bakı şəhərində monitorinq aparılsa gün ərzində azı 200 min maşın sahibi şəhərin müxtəlif nöqtələrində 1-2 manat verib maşınını saxlamalı olur. Bu gün ərzində minimum 400 min manat deməkdir.

BNA-nın yaradıldığı 2 aprel 2018-dən 5 il 3 ay keçib. Yəni 1920 gün.
1920*400 min manat= 768 000 000 manat.

Yəni çox minimum hesablamalarla milyard manata yaxın vəsait dövlətin, şəhərin cibindən oğurlanıb. Elə bu resursu şəhərin tıxac problemini çözməyə yönəltsələr indi ciddi nəticə əldə etmiş olardılar.

Hörmətli Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, taksiyə keçmədən öncə bəlkə 6 ildir müəyyən edə bilmədiyiniz parking qiymətini müəyyən edib, dayandığımız yerdə rəsmi qəbzlə saxlamağımızı təmin edəsiniz?

Ələsgər Əhmədoğlu

Xəbər 1348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +