Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


16.10.2021  15:31 

Hökumət “qamçı-kökə“ siyasətində kökəni birdəfəlik unudub





A+  A-

Kommunal tariflərin artımı ilə bağlı son 15 ildə səslənən ənənəvi arqumentləri hamınız bilirsiniz.
Məsələn, qaz ölkəsində qaz daha ucuz olmalıdır, başqa ölkələrlə müqayisə aparanda tariflərin səviyyəsinə görə deyil, əhalinin gəlirləri nöqteyi-nəzərindən müqayisə aparın, kommunal idarəçiliyi şəffaflaşdırmadan, xərclərin səmərəliliyini təmin etmədən tarif artımı gözlənilən iqtisadi səmərəni verməyəcək və s.

Həmin arqumentlərin hamısı haqlıdır.
Amma daha vacib olanlardan biri də budur: ölkədə yoxsulluğun və işsizliyin real miqyasını ölçən mexanizmlər yoxdur ki, bütün gerçək yoxsular və işsizlər zəruri sosial müdafiə mexanizmləri vasitəsilə bu cür qiymət artımlardan qoruna bilsinlər.
Son 4 ayda təbii qazın qiyməti orta hesabla 50%-ə, suyun qiyməti 2 dəfəyə, elektrikin qiyməti isə 20%-ə yaxın artdı.

Pis-yaxşı müavinət-maaş pensiya alanları bir kənara qoyuram (hərçənd ki, onların da böyük əksəriyyəti də işləyən-pensiya alan yoxsullardır), on minlərlə real işsiz və yoxsul insan bu sosial sarsıntılardan necə qorunacaq? Hansı sosial müdafiə mexanizmləri onlara dəstəyin yolunu açacaq?

Dəfələrlə deylib ki, Azərbaycan 2005-ci ildən sonra böyük neft bumu nəticəsində əldə etdiyi nəhəng gəlirlər sayəsində zəngin dövlətə çevrildi, Dünya Bankınını təsnifatında orta aşağı gəlirli ölkədən orta yuxarı gəlirli ölkəyə çevrildi, amma yoxsulluğu ölçən standart və normativlər hələ də 2005-2006-cı illərdə qalıb.

0.1 ha torpağı olanı da, 10 ha torpağı olanı da eyni dərəcədə işləyən, yoxsul olmayan vətəndaş sayırsınız. Bu ölkədə on minlərlə ailə, yüz minlərlə vətəndaş bir həyətyanı torpaq sahəsi boyda pay torpağaı almaq hesabına özünü nə gerçək işsiz, nə gerçək yoxsul kimi hökumətə tanıda bildi.

Ölkədəki sosial müdafiə sisteminin hazırkı vəziyyəti, gizli işsizliyin və yoxsulluğun geniş miqyası baxımından hökumətin tarif siyasəti sosial baxımdan ədalətsizdir.

Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub. İndiki halda bu kökə rolunu şəffaf, inkluziv və ədalətli sosial müdafiə sistemi oyaya bilərdi - tarif qamçısını xeyli zərərsizləşdirməklə.
Amma istifadə elədikləri yalnız qamçıdır - o da yoxsul insanların başına dəyir.

Rövşən Ağayev

Xəbər 2354 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +