Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


03.06.2021  10:22 

Jurnalistləri Suqovuşana apardılar





A+  A-

"Meliorasiya və Su Təsərrüfatı " ASC- nın təşkilatçılığı ilə jurnalistlərin Suqovuşan su anbarına səfəri başlayıb.
XəzərNews.az-ın məlumatına görə, qurumun nümayəndəsi Dilqəm Şərifov bildirib ki, səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə tanışlıqdır.

O bildirib ki, Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminat problemi həll edilib: " Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində Suqovuşar su anbarı yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikda 96217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29317 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 4918 ha, Bərdə rayonunun 7778 ha, Ağdam rayonunun 30886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub".

Qurum rəsmisi qeyd edib ki, su anbarının 28 il ərzində işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb: "Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Ərazidə ekoloji tarazlıqın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranıb".

Xəbər 2109 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +