YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


30.09.2017  20:31 

Binəqədi nə vaxt ağ günə çıxacaq?





A+  A-

“Son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi xəbər saytlarında Binəqədi şossesində guya təmir işlərinin keyfiyyətsiz aparıldığı və ya ümumiyyətlə aparılmadığı, yolun təmirinə ayrılan pulun mənimsənildiyi, aidiyyəti qurumların vətəndaşları aldatdığı və onların bu problemi üçün heç bir iş görmədiyi üçün yağışlardan sonra yenə həmin yolda problemin yaranması kimi məlumatlar yayılır. Bildirmək istəyirik ki, deyilənlər heç bir həqiqəti əks etdirmir”.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz Feyzbuk səhifəsində yazıb.

Qurumun sözçüsü qeyd edib ki, həmin yol boyu yağış sularının kənarlaşdırılması üçün yeni yağış kollektorunun inşası ilə bağlı “Azəravtoyol” və “Azərsu” ASC-lər tərəfindən işlər aparılıb, aidiyyəti qurumlar tərəfindən yeni su və qaz xətləri çəkilib, rabitə və enerji xətləri yoldan kənarlaşdırılıb:

“Hazırda həmin yağış kollektoruna səth sularının ötürülməsi üçün yol kənarında yağış-kanalizasiya quyularının inşası və kollektora qoşulması işləri aparılır. Yəni o yolda səth sularının kənarlaşdırılması üçün sistem ümumiyyətlə olmayıb və yeni yaradılan sistemin qurulması üçün işlər yekunlaşmayıb. Bu işlər yaxın günlərdə yekunlaşdırılacaq”.

A.Nəcəflinin sözlərinə görə, qeyd edilən işlər yekunlaşdırılmadan yolun təmirindən söhbət gedə bilməz:

“Yalnız bundan sonra o yol əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə veriləcək və bundan sonra Binəqədi şossesində intensiv yağıntılar nəticəsində yaranan problemlərin tam olaraq aradan qalxacağı gözlənilir.

“Azəravtoyol” ASC və “Azərsu” ASC, Binəqədi rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar Binəqədi şossesində yaranan problemlərin aradan qaldırılması üçün var gücü ilə çalışırlar. Yaxın müddətdə bu işin nəticəsini əyani olaraq görmək mümkün olacaq”.

Xəbər 2808 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +