YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


19.05.2017  15:49 

Leyla Əliyeva yeni fondun təqdimatında





A+  A-

Bakıda yeni yaradılan Həyat Fondunun təqdimatı keçirilib.
XəzərNews.az AzerTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Həyat Fondunun təsisçisi Nuran Hüseynov tədbirdə çıxış edərək bildirib ki, fondun yaradılmasında məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir istiqamət verməkdir.

Qeyd edilib ki, Həyat Fondu yardımsevər insanların ianələri vasitəsilə maliyyələşdiriləcək və fonda ianə vermək bir neçə vasitə ilə mümkün olacaq. Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, poçt, bank və ödəniş aparatları ilə, eləcə də fondun rəsmi internet səhifəsinə daxil olmaqla nəzərdə tutulan müvafiq bölmədən fondun və ya birbaşa ehtiyac sahiblərinin hesabına ödəmələr etməklə yardım etmək mümkün olacaq. Ehtiyacı olan insanlar Həyat Fondunun internet səhifəsinə daxil olaraq (www.heyat.az) müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Həyat Fondunun yaradılmasının əhəmiyyətli hadisə olduğunu vurğulayıb.Ötən əsrin 90-cı illərində səriştəsiz insanların hakimiyyətdə olması səbəbindən Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə idi: "Lakin xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və səriştəli insanları ətrafına toplayaraq Azərbaycanı qısa müddətdə dağılmaq təhlükəsindən xilas etdi və bu da inkişafa gətirib çıxardı".

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi deyib ki, bu gün Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu, Azərbaycan üçün təntənəli bir bayramdır. Bu gün azərbaycanlılar fəaldırlar, bacarıqlıdırlar və dünyanın nəbzini tuturlar. Çox sevindirici haldır ki, Azərbaycanda belə bir fond yaradılır. Şübhə yoxdur ki, bu fond qısa müddətdə ehtiyacı olan insanlara yardım edəcək.



Xəbər 2252 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +