Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


03.08.2021  10:43 

“Neftçi”nin Avroliqa macərası başlayır





A+  A-

“Neftçi” bu gün Avropa Liqasında mübarizəyə start verəcək.
XəzərNews.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HJK ilə ilk matçına çıxacaq.

Finlandiya təmsilçisi ilə ilk görüş Bakıda baş tutacaq. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzan bu iki klubun Avroliqadakı mübarizəsində kimin qalib olacağı maraqla gözlənilir.

Xatırladaq ki, “Neftçi” ÇL-in ilk mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olsa da, sonrakı mərhələdə Yunanıstan “Olimpiakos”u ilə bacarmamışdı. HJK isə startda “Buduçnost” üzərində qələbə qazandığı halda, növbəti mərhələdə İsveç “Malmö”sünə uduzub.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Helsinkidə keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust

21:00. Neftçi – HJK
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. “Bakcell Arena”.

Xəbər 3637 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +