Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.10.2020  11:18 

Gürcüstanda yeni rekord - Bir günə 919 yoluxma





A+  A-

Gürcüstanda son sutka ərzində daha 919 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 14 min 440-a çatıb.

Son sutkada 4 nəfərin vəfatı ilə bu virusdan ölənlərin sayı 113 nəfərə yüksəlib.

5 min 792 nəfər karantin rejimindədir, 836 nəfər xəstəxanalarda həkim nəzarətindədir və 1042 nəfər ixtisaslaşmış otellərdə müalicə olunur. 7 min 367 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Xəbər 3500 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +