Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


04.01.2019  14:54 

İran Atlantik okeana hərbi gəmi göndərir





A+  A-

İran Dəniz Qüvvələri İkinci Komandanlığı cari ilin mart ayından Atlantik okeanının qərbinə göndərəcək.
XəzərNews.az İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Silahlı Qüvvələri dəniz qoşunlarının komandanı əvəzi, kontr-admiral Turac Həsəni-Müqəddəm bildirib.

Onun sözlərinə görə, ordunun bir eskadriyasının Atlantik okeanına göndərilməsi İran Ali Baş Komandanlığının göstərişinin icrası, ucqar sularda milli maraqların qorunması, “İranofobiya” planının zərərsizləşdirilməsi və dənizçilik xətlərinin təhlükəsizliyinin təmini edilməsi məqsədi daşıyır.

Komandan əvəzi bildirib ki, bu hərbi gəmi tapşırıq müddətində Yer kürəsini dolanacaq: ““Səhənd” helikopterdaşıyan esminesi Atlantik okeanında tapşırıq icra olunduğu müddətdə həmin gəmini müşayiət edəcək”.

Turac Həsəni-Müqəddəm bildirib ki, ordunun 59-cu eskadriliyası da hazırda Ədən körfəzində və Hind okeanının on dərəcəlik meridianında tapşırıq yerinə yetirir.

İranın bu addımına rəsmi Vaşinqton münasibət bildirməyib.

Xəbər 2708 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +