YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


22.06.2018  17:08 

“Ermənistanı buna kim məcbur edəcək?” - DADP sədri





A+  A-

“Dünən BMT baş katibi Antonio Quttereş Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında BMT TŞ-nin qətnamələrinin uzun illər yerinə yetirilməməsi və BMT-də aparılan islahatların bu qərarlara nə dərəcədə kömək edə biləcəyi ilə bağlı suala cavabında deyib ki, islahatlar katibliklə bağlı olacaq və bunun BMT orqanlarının işi ilə əlaqəsi yoxdur.
Eyni zamanda, Sergey Lavrov BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hərbi əməliyyatlar dövründə qəbul olunduğunu və bu qətnamələrin qanlı hadisələri dayandırmağa, onu siyasi dialoq məcrasına daşımağa imkan verdiyini bildirib. O qeyd edib ki, daha sonra Minsk qrupu yaradılıb və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə siyasi nizamlama kimi qalan məsələlərin həllinə dair razılığa gəlinib”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. Partiya sədri bildirib ki, A.Qutterişin də, S.Lavrovun da Qarabağ münaqişəsinin həlli məsələsinə münasibəti ikibaşlı və təhlükəlidir: “Quttereş suala tam cavab verməkdən yayınıb, yalnız BMT katibliyində aparılacaq islahatlardan danışıb. Bəs BMT-nin Qarabağ münaqişəsinin həlli ilə bağlı vaxtilə özünün qəbul etdiyi qətnamələrin icrası necə olsun? Bunu BMT icra etməyəcəksə, bəs kim icra edəcək? Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyə kim məcbur edəcək? Hörmətli baş katib bütün bu məsələlərə toxunmaqdan yayınıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-nin Qarabağla bağlı qətnamələrinin müharibə vaxtına aid olmasını qeyd etməsi isə heç də təsadüfi və sıradan bir hadisə deyil. Bu, olduqca məkrli açıqlamadır”.

Ə. Hüseynovun fikrincə, Lavrovun bu açıqlaması onu göstərir ki, Rusiya Xarici İşlər Nazirliyi BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini heçə sayır, qüvvədən düşmüş sənədlər hesab edir. Bu isə avtomatik olaraq Ermənistanın beynəlxalq birlik tərəfindən işğalçı ölkə kimi tanınmasına son qoymuş olur: “Bu da öz növbəsində, Azərbaycanı BMT qətnamələrinə əsasən öz ərazilərini hərbi yolla işğaldan azad etmək hüququndan məhrum edə bilər. Bu mənada, Lavrovun açıqlaması diplomatik hiyləgərlik nümunəsidir. Kənardan belə görünür ki, Lavrov sanki Putinin yox, Paşinyanın maraqlarına xidmət edir”.

Xəbər 1775 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +