“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


17.05.2018  15:08 

“Bu, böyük bir biabırçılıqdır” - Fazil Mustafa





A+  A-

“Səməd Seyidovun AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyindən gedib getməməsi məsələsi Mili Məclisdə müzakirə olunmayacaq. Hər halda partiyanın və Mili Məclis rəhbərliyinin qərarı burada əsas rol oynayacaq”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib. O bildirib ki, sanskiya məsələsində Səməd Seyidovun zərərsizləşdirilməsi üçün hər cür vasitəyə əl atıblar: “Məsələyə olduqca qərəzli yanaşıblar. Bəlkə də ləyaqətsiz bir formada qərar qəbul ediblər. Çünki heç bir parametrdə bunu sübut edəcək arqumentləri yoxdur. Azərbaycan nümayəndə heyətini zəiflətmək üçün bunu ediblər.

Səməd Seyidovun AŞPA-da nüfuzu çox böyükdür. Avropa Şurasında, həm də rəhbərlikdə təmsil olunur. Rəhbərlikdə təmsilçilikdən bizi məhrum etmək üçün də bu addımı atıblar.

Bu məsələdə elə mənəvi kriteriyalar var ki, yəqin ki orada iştirak etməyin bir anlamı qalmır. Səsvermə, seçilmək , danışmaq yoxdur. Elə-belə gedib gəlməyin bir mənası qalmır ki? Hər halda nümayəndə heyəti bu məsələni yenidən orada gündəmə gətirəcək.

Bu böyük bir biabırçılıqdır”.

O qeyd edib ki, Milli Məclisin qərarının hansı istiqamətdə olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: “Hər halda Səməd Seyidovun AŞPA-da olmaması Azərbaycan üçün ciddi itkidir. Rəhbərliyə başqa şəxsin təyin edilməsi məsələsi mümkündür. İndiki real istiqamət onu göstərir. AŞPA-dakı nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi məsələsi də rəhbərlik səviyyəsində vaxtaşırı olaraq müzakirə olunur. Ancaq tərkibin dəyişdirilməsi məsələsi də mümkündür. Çünki iki nəfər üzv olaraq dövlət orqanlarında vəzifəyə təyin olunub. Onların yerinə təyinatlar olmalıdır. Ola bilsin ki, növbəti iclasların birində bu məsələ müzakirə olunsun, yaxud da ki rəhbərlik səviyyəsində qərar qəbul edilsin”.

Xəbər 2239 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +