Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


18.01.2019  13:33 

Prezidentin son fərmanında AMEA ilə bağlı hissə də var





A+  A-

Bir neçə gündür ki, prezident İlham Əliyev ölkədə bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı ardıcıl fərmanlar imzalayır.
XəzərNews.az xəbər verir ki, sözügedən fərmanlara əsasən bir neçə qurum ləğv edilib, bir neçəsi isə birləşdirilib. Bütün baş verən bu islahatlar ictimaiyyətdə maraqla qarşılanıb.

Ona görə də proseslərin davamlı olması məqsədilə bir neçə qurumların da ləğv edilməsi məsələsi təklif edilib. Ləğv edilməsi zəruri olan qurumların sırasında ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) adı çəkilir. Sovet dövründən qalan bu müəssisəsinin tərkibində olan bir sıra institutların elmin inkişafına fayda vermədiyi vurğulanır.
Ötən gün isə ölkə prezidentinin yenidən optimallaşdırma ilə bağlı verdiyi fərmanda əsas bəndlərdən biri AMEA ilə bağlıdır və bu məqam nədənsə diqqətdən qaçıb.

Belə ki, fərmanın 7.2 bəndində Prezident Administrasiyasına tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılsın. İşçi Qrup təkliflərini 6 ay müddətinə prezidentə təqdim etməlidir.

Tapşırıqdan da göründüyü kimi, bu il ərzində AMEA-nın fəaliyyəti ilə bağlı prezident tərəfindən ciddi qərarlar qəbul ediləcək. Böyük ehtimalla, bu qurum da ləğv ediləcək və ya bəzi müəssisələri birləşdiriləcək, ya da özəllləşdiriləcək. Dövlət büdcəsi daha bir ağır yükdən azad olmuş olacaq.

Xəbər 2622 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +