Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


01.08.2017  14:58 

Avropa Məhkəməsi Dilqəmlə Şahbazın işi üzrə hərəkətə keçdi





A+  A-

Dağlıq Qarabağda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə Avropa Məhkəməsində baxılacaq. Avropa Məhkəməsi onların həyat yoldaşları Firuzə Asgərova və Albina Veselovanın şikayəti üzrə Ermənistana qarşı kommunikasiya başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat verib.

O qeyd edib ki, Avropa Məhkəməsi Konvensiyanın 3-cü (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5.2 (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması), 5.3 (qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma), 5.4 (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6.1 (ədalətli və açıq məhkəmə araşdırılması hüququ), 6.2 (dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması), 6.3 a bəndi (ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları), 6.3 b bəndi (müdafiə üçün lazımi vaxt və imkana malik olma), 6.3 c bəndi (effektiv müdafiəyə malik olma), 6.3 e bəndi (tərcüməçinin köməyindən istifadə etmə), 8 (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), bu sərhəd keçmənin 7-ci maddəyə görə cinayət əməli hesab edilib edilməməsi, 13-cü maddə (effektiv müdafiə vasitələrinə malik olma), 14 (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) maddəsinin pozuntusunun olub-olmaması ilə bağlı Ermənistan hökümətinə suallar ünvanlayıb.

Vəkil bildirib ki, ərizəçilərin hüquqlarını Anar Bağırov müdafiə edir:


“Məhkəmə həmçinin hökümətdən Dilqəm və Şahbazın sağlamlıq durumu ilə bağlı sənədlərin də təqdim edilməsini tələb edib”.
2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 3143 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +