Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


17.07.2025  13:19 

Rusiya PA rəhbəri Vayno prezidentlər arasında münasibətləri normallaşdıra bilər - ŞƏRH





A+  A-

İki prezident arasında münasibətlərdə gərginlik azalmayıb. Bunu Rusiya və Azərbaycanda hansısa dövlət strukturunun üstünə qoymağın mənası yoxdur. Azərbaycanda təbii ki, bir çox mövzular Prezident İlham Əliyevin nəzarəti altındadır və ən az rus dilinin vəziyyəti də bunlardan biridir.

Münasibətlərdəki gərginliyin mənbəyinin başlanğıcı Rusiya və prezidenti olub. İndi də gərginliyin stimullaşmasına təkan verən addımlar Rusiya tərəfindən davam etdirilir.

Azərbaycan diasporunun Ural regionu üzrə rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəli Şıxlinski ilə bağlı baş verənlər hadisənin birbaşa V.Putindən qaynaqlandığını göstərir. Çünki “Şıxlınskilər işi”nin hamisi həm V.Putinin, həm də İstintaq Komitəsinin sədri A.Bastrıkinin tələbə yoldaşı olan İlham Rəhimli idi. Yenidən Bastırikin o mövzunun üstünə qayıdıbsa, demək V.Putinin bu mövzuya mövqeyini bilib, bəlkə də V.Putin belə göstəriş verib. Bütün bunları qeyd etməkdə məqsədimiz günahı kiminsə üstünə yıxmaq deyil. Məsələnin normallaşmaya gedən istiqamətlərini tapmaqdır.

RF fövqəladə hallar nazirinin beynəlxalq konfrans çərçivəsində Bakıda olarkən Prezident İlham Əliyevlə də görüşəcəyinə olan ümidlər, hətta bu səfəri xüsusi olaraq V.Putinin göstərişi ilə edildiyini də bildirənlər var idi. Bu alınmadı. Ehtimal etmək olar ki, yaxşı da alınmadı. Əks-effekt yaradardı. Xüsusən Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevin siyasətinə bu və digər dərəcədə təsir etmək uğrunda böyük komandalar, koalisiyalar var. Daxilimizdə də belə hallar mövcuddur. Prezidentin də ən yaxın ətrafı daxil müxtəlif qruplar var.



Azərbaycanın fövqəladə hallar nazirinin uzun müddət adı prezidentliyə iddialılar sırasındadır. Ehtimal ki, o iddiadan da geri çəkilməyib. V.Putinin göndərdiyi emissar fövqəladə hallar nazirini Prezident İlham Əliyev qəbul etsəydi, bu dərhal V.Putinin İ.Əliyevə əvəzedici, nəzarətçi təyin edəcəyi kimi qəbul ediləcəkdi.

Münasibətlər normallaşmasa da əhalimizin, xüsusən Rusiyadakı əhalimizin daha çox elita hissəsi əziyyət çəksə də məsələni aradan qaldırmaq şansları itməyib.

V.Putin və İ.Əliyev ölkələrində sıradan bir prezident olmayıblar. V.Putinlə Rusiya həyatında yeni mərhələ başladı. Əslində Qərbə təhvil verilməyə hazırlanan Rusiyanı V.Putin müstəqil və güclü etməyi bacardı. Bu fikirləri Prezident İ.Əliyev haqqında da ən yüksək səviyyədə qeyd etmək olar.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin binasını tikməyə başlamışdı. Qalan bütün işlərin hamısını Prezident İ.Əliyev etdi. İki prezident arasında şəxsi münasibətlər barədə bəlkə də romanlar, bədii-siyasi esselər yazmaq olar.

Türkiyə-Rusiya münasibətlərində bütün gərginliklərdə həmişə Prezident İ.Əliyevin barışdırıcı, normallaşdırıcı rolu olub.

İ.Əliyev iki dəfə Putini bir nömrəli prezident adlandırıb. Həqiqətən V.Putin də Prezident İ.Əliyevi çox yüksək dəyərləndirib. V.Putinin Bakıya ilk səfərində Şəhidlər Xiyabanında diz çökməsini artıq keçən yazıda xatırlatmışdıq.



II Qarabağ müharibəsinə İ.Əliyevin şah əsəri demək olar. Bu gün İ.Əliyevin məhz V.Putinə münasibəti bəzi problemlərin qalmasının səbəbidir. Hərbi əməliyyatların gedişində qoşunları Zəngəzur koridoruna yönəltmək məsələsi çıxdı. Bizim qardaş dövlətlərdən biri Prezident İ.Əliyevə qoşunları Zəngəzur koridoruna yeritməyi təkidlə təklif etdi. İ.Əliyev “V.Putinlə bu mövzunu sonra həll edəcəyəm” deyimli əhali arasında müəyyən fikirlər var.

Bu gün Cənubi Qafqazda Rusiyanın siyasətinin geriləməsininin əsas səbəbi Zəngəzur koridorunun taleyinin həll olunmamasıdır. İ.Əliyevin V.Putinə sədaqəti aydındır. İnşallah o sədaqətin V.Putin tərəfindən də qarşılığı problemi həll edə bilər.

V.Putinlə İ.Əliyev arasında münasibətlərindəki gərginlik BRİKS-in sammitindən başlayıb. V.Putin vəd versə də Azərbaycanı BRİKS-ə üzv edə bilmədi. Lazımi izahların ortaya qoyulmasının əvəzinə Azərbaycanın daxilində nöqsanlar axtarıldı. Bundan ötrü RF Təhlükəsizlik Şurasının xüsusi iclası keçirildi. Bəlkə də Təhlükəsizlik Şurasının o iclasının “gündəliyini” Rusiyada hansısa xüsusi xidmət orqanının özü təşkil etmişdi. Bu versiya da nəzərdən qaçmamalıdır.



2013-cü ilin avqustunda Azərbaycan prezident seçkiləri ərəfəsində olarkən V.Putin ikinci dəfə yenidən prezidentliyə gəlmişdi. D.Medvedevlə Azərbaycan Prezidenti arasında münasibətlər çox üstün idi və bu erməniləri təşvişə salmışdı. D.Medvedev 2008-ci ildə ortaya qoyulmuş “Yenilənmiş Madrid Prinsipləri”nin müəllifi idi. O sənəd D.Medvedevin əl işi idi. Kostyumunu çıxartdı və o sənədi öz qələmi ilə yazdı. Ermənilər “V.Putinin D.Medvedevi Rusiyaya xəyanət, Azərbaycana böyük güzəşt edib və mütləq o cəzalandırılacaq” tezisi ortaya buraxıldı. 2013-cü ilə qədər bu tezislə o zamankı prezident S.Sərkisyan şəxsən məşğul idi. V.Putin bunları bildi və avqust ayında gözlənilmədən Bakıya səfər etdi, Prezident İ.Əliyevin evində qonaq oldu, çay içdilər.

İkitərəfli, regional, Azərbaycanda prezident seçkilərini, tarixi problemlərin birgə həllərini müzakirə etdilər. İndi də belə bir halın baş verməsi bəlkə də ən arzu olunandır. İndiki reallığa görə bunu az ehtimal hesab edirik. Mütləq əvvəlcədən hazırlıq mərhələsi keçməlidir.

Yuxarıda RF fövqəladə hallar nazirinin barışdırıcı niyyəti ilə bağlı bəzi fikirləri açıqladım. İndi də həm Rusiyada, həm də Azərbaycanda tamam fərqli adamlar iki ölkə prezidentləri arasındakı münasibətlərlə məşğul olmalıdır. Bu adamların adı həm Rusiya, həm də Azərbaycanda heç bir siyasi qruplaşmada, korrupsiyada hallanmamalıdır. Belə adamlar tapılmalı və bu proses onlara həvalə olunmalıdır. İndiki dövrdə ən yaxşısı RF Prezident Administrasiyasının rəhbəri A.Vaynonu bu rolda görürük. Ona görə yox ki, A.Vayno PA rəhbəri kimi böyük vəzifəyə malikdir, həm də adı heç bir siyasi, korrupsiya oyununda hallanmayan az saylı şəxslərdəndir. Rusiyada dövlət həyatında korrupsiya biabırçı vəziyyətdədir. Adi Rusiyanın Nəqliyyat Nazirliyinin əməkdaşları Rusiya, Azərbaycan, İran nəqliyyat və enerji marşrutlarında İranın pulu ilə Putinin siyasətini iflasa uğratmaqla məşğuldurlar. Təbii ki, məkan kimi Azərbaycan seçilib. Rusiya rəsmiləri diqqətlə baxsınlar. RF rəsmilərinin Rəşt-Astara dəmir yolu, Rusiya ilə qaz kəmərinin tikintisi ilə bağlı verdiyi açıqlamaların kökünə gedib, çıxsalar hər şeyi görə bilərlər.



Bizim də ölkəmizdə yuxarı təbəqədə də rüşvətxorluq, korrupsiya var. Ölkəmizdə adı heç bir korrupsiya işində hallanmayan, siyasi qruplaşmaya daxil olmayan şəxslər mövcuddur. Prezidentin xüsusi məsələlər üzrə nümayəndəsi X.Xələfov bunların təmsilçilərindəndir. Uzun müddət dövlət həyatındadır. Onun haradan və kimdənsə hansısa maliyyə oyununda, siyasi qruplaşmalarda olduğu barədə bir söz tapıla bilməz. Baş nazirimizin I müavini Şahin Mustafayev Azərbaycanın cari siyasətinin ən bacarıqlı, uğurlu idarəedicisidir. Əlbəttə, idarə edicilərindən biri demək daha düzgündür.
Azərbaycanın Ermənistan, İran üzrə siyasəti tamamilə onun üzərindədir. Rusiya ilə də bəzi mövzular onun kurasiyasındadır.

A.Vayno əgər təkbaşına Prezident İ.Əliyevə müraciət edəcəksə, bu ayrı. Əgər vəziyyətə hazırlıq mərhələsini faydalı bilirsə, özünün tanıdığı belə bir adamla əlaqə qursun. Biz adını çəkdiyimiz şəxsləri də öyrənə bilər. Vacib olan Rusiya-Azərbaycan münasibətlərinin normallaşmasıdır. Bu, Azərbaycan üçün çox vacibdir, həyati əhəmiyyətlidir. İnanın ki, Rusiyanın özü üçün də Rusiya-Azərbaycan münasibətləri həyati əhəmiyyətlidir.

Ermənilər Qərbi Cənubi Qafqaza gətiriblər, amma idarə edə bilmirlər. Qərb geri çəkilmək istəmir. Gedir, qayıdır. Nəhayət, Qərb bir variant axtarmalıdır. Ermənistanın siyasətinə baxın. Bilmir Cənubi Qafqaz kommunikasiya məkanıdır, və ya bilmir Rusiya, İranla əlaqədə olsun, yoxsa Çinlə və Zəngəzur koridorunda Amerikanın mövqeyini qəbul etdi. Ermənistanın bu mövqeyi əhəmiyyətsizdir. Hansı xarici qüvvə üstün gələcəksə, o da kommunikasiyanın sahibi olacaq.

Ermənilər özlərini Rusiyanın sahibi kimi aparırlar. Onlar hesab edir ki, RF Osmanlıdan, İrandan erməniləri bu regiona gətiribsə, demək ehtiyacı var. Ona görə ermənilər Qriboyedovu da öldürdülər, SSRİ-nin daxilində o vaxt görünməyən iki təxribat törətdilər. Moskva metrosunda terror aktı, saxta pulun kəsilməsi, SSRİ-nin dağılması Ermənistandan başladı: “İvan, götür çamadanını get”. Amma ruslar belə hesab edir ki, onlar ermənilərsiz Cənubi Qafqazı idarə edə bilməzlər və bununla böyük qrup rus elitası öz daxillərini Azərbaycana nümunə kimi göstərirlər.

Qərb inamla Cənubi Qafqazda irəliləyir və yaxın zamanlarda bu Şimali Qafqaza da keçəcək. Qərbin çəkindiyi bir şey yoxdur.

Rusiyanın keçmiş SSRİ-yə münasibəti göstərir ki, bəlkə də Qərbin Moskvanın daxilində üçüncü əlavə bir hökuməti var və Moskvanın MDB xalqlarına siyasətini də o hökumət müəyyənləşdirir. Təsəvvür edin bir tərəfdən demoqrafiyadan danışırlar, digər tərəfdən miqrantları qovurlar. Miqrantlarla say problemini həll etmək olar. Sonradan slavyanlaşma prosesini də aparmaq olar. Qərb hökumətinin başında sanki Volodin dayanıb: “Miqrantlar gəlməməlidirlər, gələnlər uşaqsız gəlməlidir. Uşaqla gələnlərin övladları Rusiyada məktəbə qəbul edilməməlidir”. Eyni zaman da Volodin keçmiş sovet respublikalarına daxillərində ingilis dilindən istifadəni “qadağan” edir. Bu necə başa düşüləsidir?! Bilinmir ki, SSRİ bərpa olunur, Avrasiya İqtisadi Birliyi istiqamətində getməlidir, yoxsa belə siyasəti ortalığa qoyan adamlar Rusiyanın dövlət həyatında hansı rola malikdirlər?!



Bu gün Azərbaycan-Rusiya münasibətləri hər iki tərəf üçün çox vacibdir. Düşünməyin ki, Azərbaycan balacadır, Rusiyanın rolu daha əhəmiyyətlidir. Azərbaycan Rusiyasız yaşa bilər. Müəyyən ağırlıqdan, çətinlikdən sonra, amma arzu etmir. Rusiya ilk baxışda Azərbaycansız yaşa bilər. Bir az keçdikdən sonra proseslər tamam ayrı istiqamətdə gedəcək. SSRİ dağılan ərəfələr və ondan sonrakı dövrdə Qafqazda baş verənlər o proseslərin sabitləşməsində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin roluna bir də qayıdın.

Ağıllı münasibətlərin normallaşmasına başlanılmalıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri



Xəbər 1245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +