200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.03.2023  11:02 

Agentliyin icraçı direktoru BMT-nin Qadınlar təşkilatı ilə görüşüb





A+  A-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin Qadınlar təşkilatı ilə görüşüblər.

XəzərNews.az xəbər verir ki, Azərbaycanda qadınların ictimai həyatda fəallığından danışan Agentliyin icraçı direktoru Aygün Əliyeva Agentliyin bu çərçivədə elan etdiyi qrant müsabiqələri barədə məlumat verib. O bildirib ki, Agentlik mütəmadi olaraq qadın hüquqlarının qorunması ilə bağlı maarifləndirmə, müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi, erkən nigahların qarşısının alınması, gender bərabərliyinin qorunması, gender zəminində zorakılıq ilə mübarizə, qızların təhsildən yayınması halları ilə mübarizə istiqamətində təşəbbüslər və digər aidiyyatı mövzular üzrə maliyyə yardımı ayırır. Daha sonra, Aygün Əliyeva Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci bəndi olan gender bərabərliyinin qorunması istiqamətində BMT-nin Qadınlar təşkilatı ilə əməkdaşlıq perspektivlərinə toxunub.

Öz növbəsində, Agentliyin nümayəndə heyətini salamlayan BMT-nin Cenevre ofisi Qadınlar təşkilatının sədr müavini Adriana Giraldo Agentliyin təşəbbüslərini dəstəkləndiyini və eyni zamanda, BMT təsisatlarının bu qeyd olunan istiqamətlər üzrə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının artırılmasını mühüm olduğunu qeyd edib.



Xəbər 915 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +