200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.01.2023  10:53 

FHN Naxçıvandakı zəlzələ ilə bağlı məlumat yaydı





A+  A-

Fövqəladə Hallar Nazirliyi İranda qeydə alınan və Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 28.01.2023-cü il tarixində saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108 km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Həmçinin, bəzi kütləvi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.

Xəbər 1022 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +