200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


02.07.2021  12:26 

Alimenti ödəməyən kişiyə 2 illik bu cəza verildi





A+  A-

Siyəzən rayon Gil-Gil kənd sakini Gülsüm Məmmədova (şərti) keçmiş həyat yoldaşı Mirakif Həsənovu (şərti) aliment ödəmədiyi üçün məhkəməyə verib.
XəzərNews.az xəbər verir ki, G.Məmmədova məhkəmədə ifadə verərək Mirakiflə birgə nikahdan 6 və 8 yaşlı övladlarının doğulduğunu bildirib. 2019-cu ildə boşandıqdan sonra məhkəmə hər ay, hər bir uşağa görə 130 manat aliment təyin edib. Lakin Mirakif alimenti ödəməkdən boyun qaçıraraq bu günə kimi yığılan 3648 manatı ödəməyib.

Məhkəmə iclasında iştirak edən hadisə şahidləri, Siyəzən Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurları qeyd ediblər ki, Mirakif Həsənov daha öncə də alimenti ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə 500 manat cərimə olunub, lakin cəriməni ödəməkdən imtina edib.

M.Həsənov isə ifadəsində maddi imkansızlıqdan dolayı aliment ödəyə bilməyəcəyini deyib.

Məhkəmənin qərarı Mirakif Həsənova 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, bu müddət ərzində hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk edə bilməyəcək.

Onun üzərinə qolunda elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Xəbər 2312 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +