200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


28.08.2020  11:05 

17 yaşlı qızın zorla qaçırılması xəbərinə DİN-dən açıqlama





A+  A-

Daxili İşlər Nazirliyi Bərdə rayonunda 17 yaşlı qızın zorla qaçırılması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, qeyd olunan faktla bağlı, cari ilin mart ayının 29-da qızın atası E. H. Bərdə Rayon Polis Şöbəsinə gələrək qızının qaçırılması barədə ərizə ilə müraciət edib: “Müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-də müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədilə getdiyini bildirib”.

Qeyd edək ki, yayılan məlumatda qeyd olunmuşdu ki, 17 yaşlı universitetə hazırlaşan qız 2 dəfə evlənib boşanmış adam tərəfindən qaçırılıb. İddiaya görə, ailəsi nə qədər qızı geri almaq istəsə də ala bilməyib, polisə edilən müraciətlər isə araşdırılmayıb.

Xəbər 2075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +