200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.11.2018  14:48 

“Sahibkarlıq sahəsində cəmi 488 yoxlama keçirilib” - Nazir





A+  A-

Ümumi Daxili Məhsulun (ÜDM)-nin iqtisadiyyatda çəkisinin 2019- cu ildə 3,9 faiz, növbəti illərdə isə 3,4 faiz artacağı gözlənilir.
XəzərNews.az xəbər verir ki, bu barədə parlamentin büdcə müzakirələrində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, həmçinin,“Şahdəniz” neft yatağında gələn il istehsalın artması ilə əlaqədar 3,2, növbəti illərdə isə 3,1 faizlik artım gözlənilir: “Regionlarda gerçəkləşdiriləcək növbəti investisiya proqramları çərçivəsində gələn il 21 min iş yerinin açılması nəzərdə tutulur. Bunun üçün də büdcədən 2,7 milyard manat pul ayrılıb. Bununla yanaşı, qeyri-neft sektorunun iqtisadiyyatda payı 3,9, növbəti illərdə isə 3,5 faiz olacağı gözlənilir”.

Nazir həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların gedişatına da toxunaraq qeyd edib ki, bu sahədə yoxlamalar dövlət başçısının tapşırığı ilə dayandırılıb: “Ancaq vergi ilə bağlı yoxlamaları çıxmaqla, sahibkarlıq sahəsində cəmi 488 yoxlama keçirilib. Bundan əlavə, lisenziyaların sayı bu illər ərzində 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya çatdırılıb”.

Xəbər 1255 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +